00:24 03-04-2020
news_image
317
FUTBOL

Belçikanı qınadı - UEFA

Koronavirus pandemiyası üzündən dayandırılan Belçika çempionatının başa çatması barədə qərar UEFA-nın narazılığına səbəb olub.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu addımı üzündən belçikalıları qınayıb.

Üzvü olan bütün milli assosiasiyalarla birgə hərəkət etməsi və çempionatların hamısının başa çatdırılmasını istəyən UEFA məsələyə münasibət bildirib: “Bütün çempionatları eyni vaxtda başa çatdırmaq ideyamız var idi. Ölkələr çempionatlarını yayda bərpa etməli və idman prinsirpləri ilə bitirməli idi. Ümid edirik ki, digər ölkələr davam etdiriləcək və belçikalılardan nümunə götürməyəcək”.

Belçikada yarışın lideri “Brügge”nin çempion sayılmasına qərar verilib. Həmçinin digər mükafatçılar və aavrokuboklara vəsiqələrin sahibləri də bəlli olub.

Qeyd edək ki, yaxın günlərdə digər ölkələrin də Belçikanın yolu ilə gedəcəyi gözlənilir. Analoji addım atacaq növbəti ölkənin Niderland olacağı ehtimal edilir.