11:47 03-04-2020
news_image
190
DİGƏR NÖVLƏR

XXI əsrin 5-cisi - Bakı trası

“Formula-1”in ən yaxşı traslarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “The Race” XXI əsrdə inşa olunan avtodrom və ya qurulan şəhər traslarının cədvəlini tərtib edib.

Siyahıda Azərbaycan Qran-Prisini qəbul edən Bakı trası da yer alıb. Cədvələ isə ABŞ-daki “Trassa Amerrik” başçılıq edir. Ümumilikdə “12-lik”də 2 şəhər trası və 10 avtodrom yer alıb.

1. “Trassa Amerik”, ABŞ (2012-19)
2. “İstanbul-Park”, Türkiyə (2005-11)
3. “Budda beynəlxalq avtodromu”, Hindistan (2011-13)
4. “Sahir”, Bəhreyn (2004-19)
5. Bakı şəhər, Azərbaycan (2016-19)
6. “Şanxay”, Çin (2004-2019)
7. “Marina Bey”, Sinqapur (2008-19)
8. “Koreya Milli Trası”, Cənubi Koreya (2010-13)
9. “Yas-Marina”, BƏƏ (2009-2019)
10. “Soçi avtodrom”, Rusiya (2014-2019)
11. Valensiya şəhər, İspaniya (2008-12) 
12. “İndianapolis”, ABŞ (2000-2007)

Qeyd edək ki, mötərizədə “Formula-1”i qəbul etdiyi illər göstərilib.