13:36 03-04-2020
news_image
81
FUTBOL

İkardi İtaliyaya qayıdır

Fransanın PSJ klubunun futbolçusu Mauro İkardi komandadan ayrılmağa qərar verib.

Apasprot.az saytının məlumatına görə, argentinalı hücumçu yenidən İtaliyada çıxış etmək istəyir.

Müqavilə ilə “İnter”ə məxsus olan Mauronun Milan klubuna qayıdacaq. Futbolçu Paris təmsilçisində qalmaq istəmədiyindən PSJ-nin idman direktoru Leonardo onun transfer hüququnun alınması ilə bağlı danışıqları dayandırıb. Hərçənd bir müddət əvvələ qədər Fransa təmsilçisi “İnter”lə anlaşmağa çalışırdı.

Qeyd edək ki, cari mövsüm Liqa1-də 20 matça çıxan cənubi amerikalı 12 qol vurub.