15:39 03-04-2020
news_image
71
FUTBOL

Milli komandanın formaları oğurlandı

Rusiya Futbol İttifaqının (RFİ) anbarında oğurluq baş verib.

Apasport.az saytının məlumatına görə, cinayətkarlar 3,5 milyon rubl dəyərində idman inventarını oğurlayıb.

RFİ-dən bildirilib ki, milli komandaların geyimlərinin və digər inventarın aparılması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub: “Müraciətimiz əsasında hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Əsasən məşq geyimləri oğurlanıb. Futbolka, alt geyim, şort, top daşımaq üçün torba aparılıb. Amma milli komandaların geyimlə bağlı problemi yaranmayacaq. Biz yığmaları lazım olanla təchiz edəcəyik”.