18:00 03-04-2020
news_image
151
FUTBOL

İspaniyaya köçür? - Mattiys de Liqt

"Yuventus"un müdafiəçisi Mattiys de Liqt mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Hollandiya millisinin üzvünün İspaniyada oynamaq variantı yenidən ortaya çıxıb.

"Qoca sinyora"nın ötən il "Barselona" ilə mübarizədən qalib ayrılaraq "Ayaks"dan 85 milyon avroya transfer etdiyi mərkəz müdafiəçisi bu dəfə "Real"ın maraq dairəsindədir. 21 yaşlı oyunçunun meneceri Mino Rayola "kral klubu" ilə danışıqlara start verib. Türkiyəli Merih Demiralla rəqabətdə uduzan de Liqt özü də Turin təmsilçisini tərk etməyin əleyhinə deyil.

Qeyd edək ki, Mattiys de Liqt "Yuventus"la 2024-cü ilin yayına qədər müqavilə bağlayıb.