18:11 03-04-2020
news_image
675
FUTBOL

"Xəyallar evi"ndə əyləncəli karantin - FOTOSESSİYA

Bütün dünyanı təsiri altına alan koronavirus pandemiyası futbolçuların da gündəlik rejiminin dəyişməsinə səbəb olub.

Apasport.az saytının məlumatına görə, əksər oyunçulardan fərqli olaraq, yaranmış vəziyyət PSJ-nin hücumçusu Neymara mənfi təsir göstərməyib.

Çünki futbol yarışları dayandırıldıqdan sonra ölkəsi Braziliyaya yollanan superulduz gününü 7 milyon funt-sterlinq dəyərində olan möhtəşəm villasında keçirir. Karantin dönəmində dostları ilə birlikdə əylənən Neymarın həmin anları paylaşması tənqid edilməsinə səbəb olub. Azarkeşlər daha çox sosial məsafə qanunlarına əməl etmədiyi üçün onu qınayıblar.

28 yaşlı forvard buna məhəl qoymadan 2016-cı ildə aldığı evində istirahətini davam etdirir. "Xəyallar evi" adlanan villada bir neçə idman növü ilə məşğul olmaq üçün şərait var.

Yalnız dostları ilə əylənən və məşqlərini edən Neymar hətta anası, bacısı və digər qohumlarını belə, ora buraxmır. O, bunun təhlükəli olduğunu düşünür.