00:20 04-04-2020
news_image

Entoni Coşuanın döyüşü təxirə salındı

Koronavirus pandemiyasının yayılması daha bir idman tədbirinin təxirə salınması ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, iyunun 20-də İngiltərədə keçirilməsi planlaşdırılan boks görüşü müəyyən edilən tarixdə baş tutmayacaq.

Həmin gün WBA, WBO və İBF versiyaları üzrə kəmər sahibi olan Böyük Britaniya təmsilçisi Entoni Coşua ilə bolqarıstanlı Kubrat Puyev qarşılaşmalı idi. Lakin "Tottenhem" stadionunda keçirilməli olan ünvan döyüşünü təşkil edən "Matchroom Boxing" koronavirusa görə, təxirə salmaq qərarına gəlib.

Görüşün yeni tarixi hələlik qeyri-müəyyəndir. Hətta bunun Londondakı arenada təşkili də sual altındadır.