00:44 04-04-2020
news_image
130
FUTBOL

Qeyri-müəyyən müddətə təxirə salındı - A seriyasının bərpası

İtaliya A seriyasının rəhbərliyi növbəti videokonfrans keçirib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda koronavirus pandemiyası üzündən dayandırılan mövsümün mümkün bərpa tarixi müzakirə olunub.

Yekunda İtaliya çempionatı və kubokunun bərpası qeyri-müəyyən müddətə təxirə salınıb. Qərara alınıb ki, koronavirusun ölkə üçün təhlükə kəsb etməsi bitənədək oyunlar keçirilməsin.

Qeyd edək ki, bunadək A seriyasının mayın 24-də bərpa olunacağı bildirilirdi.