10:42 04-04-2020
news_image
164
FUTBOL

PSJ ilə danışığa başladı - Neymara görə

"Barselona" PSJ-nin hücumçusu Neymarı mövsümün sonunda transfer etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu onun əzəli rəqib "Real"a keçməsinin qarşısını almaq niyyətindədir.

Bu üzdən La Liqanın lideri braziliyalı futbolçu ilə danışıqları intensivləşdirib. 28 yaşlı oyunçu üçün də ilk məqsəd məhz "Barselona"ya qayıtmaqdır. Braziliya millisinin üzvü PSJ-dən ayrılacağını rəhbərliyə bildirib. Klublar arasında ilkin danışıq zamanı Paris təmsilçisi münasib təklif edilərsə, bu keçidə qarşı çıxmayacağını bəyan edib.

"Barsa" koronavirus pandemiyasının yaratdığı maliyyə probleminə baxmayaraq, Neymarla yanaşı, "İnter"in hücumçusu Lautaro Martinesin də transferində qərarlıdır.