12:22 04-04-2020
news_image
130
FUTBOL

“Real” Varanla bağlı qərarını açıqladı

İspaniyanın “Real” klubunun futbolçusu Rafael Varanın İngiltərə “Mançester Siti”sinə keçidi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna Madrid təmsilçisinin fransalı müdafiəçi ilə bağlı qərarı səbəb olub.

“Real” rəhbərliyi 26 yaşlı futbolçusunu heyətdə saxlamağa üstünlük verib. Premyer Liqa təmsilçisi müdafiə xəttini gücləndirmək üçün Varanla bağlı danışıqlara hazır olsa da, madridlilər heç bir məbləğ qarşılığında futbolçunu buraxmayacaqlarını bildirib. Klub rəhbərliyi müqaviləsi 2022-ci ilin yayında başa çatacaq fransalı ilə yeni anlaşma imzalamaq niyyətindədir.

Qeyd edək ki, cari mövsüm “Real”da 33 oyun keçirən Varan 3 qol vurub.