12:42 04-04-2020
news_image
233
FUTBOL

“Fənərbaxça”ya gəlir? - Eusebio Di Françesko

"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu 51 yaşlı mütəxəssis özü açıqlayıb.

İtaliyalı çalışdırıcı bildirib ki, Türkiyədən bir klub onun xidmətində maraqlıdır: "Hər cür təcrübəyə hazıram. Türkiyənin bir klubundan və bir neçə millidən təklif almışam".

Di Françeskonun adını açıqlamadığı komandanın "Fənərbaxça" olduğu müəyyənləşib. Keçmiş "Valensiya"lı Marselino ilə danışıqları uğursuz nəticələnən İstanbul təmsilçisi Di Françesko ilə gələn mövsüm üçün anlaşmağa çalışır.

Qeyd edək ki, Eusebio Di Françeskonun son iş yeri ötən il "Sampdoriya" olub.