13:26 04-04-2020
news_image
864
FUTBOL

Azərbaycandan təklif - "Partizani"nin hücumçusuna

"Partizani"nin hücumçusu Lukas Kardoso karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 26 yaşlı futbolçu Premyer Liqa klublarının gündəmindədir.

Onun xidmətində maraqlı olan komandaların adları dəqiq bilinməsə də, braziliyalının mövsümün sonunda ölkəmizə köçmək ehtimalı yüksək qiymətləndirilir. Futbolçunun meneceri ilə ilkin təmas qurulub, danışıqla bağlı müraciət olub. Lakin koronavirus pandemiyası ilə əlaqədar futbol yarışlarının dayandırılması transfer görüşlərini də dondurub. Ancaq çempionatlar bərpa edildikdən sonra Kardosonun məsələsi yenidən gündəmə gələcək.

Qeyd edək ki, 2018-ci ildən "Partizani"yə məxsus olan Lukas Kardoso daha çox başqa komandalarda icarə əsasında çıxış edib. Hücumun mərkəzində və vinger mövqeyində oynamağı bacaran futbolçu hazırda "Besa" klubunda icarədədir.