15:02 04-04-2020
news_image
1090
TOKİO-2020

Paralimpiadaya son təsnifat yarışı Bakıda olacaq

Bakıda keçirilməli olan daha bir cüdo yarışı təxirə salınıb.

Bu barədə məlumat apasport.az saytına Azərbaycan Milli Paralimpiya Komitəsindən (MPK) verilib.

Bildirilir ki, “IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb. Bu barədə qərar Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsaslanan MPK ilə “International Blind Sports Federation” (IBSA) arasında müzakirələrdən sonra verilib.

Öncədən bu il mayın 11-12-də keçirilməsi planlaşdırılan turnirin 2021-ci ildə baş tutması ilə bağlı razılıq əldə edilib. Razılığa əsasən, 2021-ci ildə Bakıda baş tutacaq turnir Tokio-2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq. 

Həmçinin, “International Blind Sports Federation” 2020-ci ilin noyabrında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplantısının keçirilməsi ilə bağlı MPK-ya müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, bunadək cüdoçular arasında Bakıda keçirilməsi planlaşdırılan “Böyük Dəbilqə” turniri də ləğv olunub.