16:15 04-04-2020
news_image
288
FUTBOL

Dadaşova komanda yoldaşı ola bilər - "Qalatasaray"ın futbolçusu

"Qalatasaray"ın futbolçusu Kristian Luindama karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi "Vulverhempton"un transfer gündəmindədir.

Mövsümün sonunda heyətini gücləndirmək istəyən "Vulverhempton" rəhbərliyi "Yuventus"un yarımmüdafiəçisi Sami Xedira ilə yanaşı, Luyindamanı da heyətinə cəlb etməyi planlaşdırır. Konqolu oyunçu üçün Türkiyə təmsilçisi ilə danışıqlara start verilib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hazırda "Vulverhempton"un formasını geyinir.