22:10 04-04-2020
news_image
195
FUTBOL

Yeni baş məşqçi - milli komandada

Futbol üzrə İrlandiya mili komandasında baş məşqçi təyinatı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, Stiven Kenni yığmanın baş məşqçisi təyin olunub.

Bunadək U-21 millisinin çalışdırıcısı olan mütəxəssis əsas yığmada müqaviləsi iyulda başa çatmalı olan Mik Makkartini əvəzləyib. Sonuncu 2018-ci ildən bu postu tuturdu.

48 yaşlı Kenni məşqçilik karyerasına 1998-ci ildə başlayıb. O, vətənində “Lonqford Taun”, “Bohemians”, “Derri Siti”, “Danfermlayn”, “Şamrok Rovers” və “Dandolk”un baş məşqçisi olub.

Qeyd edək ki, İrlandiya millisi AVRO-2020-nin pley-offuna yüksəlib. Burada yığma Slovakiya ilə qarşılaşacaq. Cütün qalibi Bosniya və Herseqovina – Şimali İrlandiya matçında qələbə qazanan komanda ilə görüşəcək.