22:26 04-04-2020
news_image
97
FUTBOL

Yarımfinal və final oyunları təxirə salındı - Millətlər Liqasının

Koronavirus pandemiyası daha bir futbol yarışının təxirə salınmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Millətlər Liqası matçlarının baş tutmamasına qərar verib.

Yarışın yarımfinal və final qarşılaşmaları iyun ayına planlaşdırılırdı. Lakin təşkilaçılar oyunların qeyri-müəyyən müddətə təxirə salınmasını məqsədəuyğun biliblər.

Qeyd edək ki, CONCACAF Millətlər Liqasının yarımfinlında Honduras ABŞ-la, Meksika isə Kosta-Rika ilə qarşılaşacaq.