01:01 05-04-2020
news_image
114
FUTBOL

De Liqtə daha bir müştəri - Poqba qarşılığında

"Yuventus"un müdafiəçisi Mattiys De Liqt daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, "Real"dan sonra "Mançester Yunayted" də 21 yaşlı futbolçunu heyətinə qatmaq fikrindədir.

Əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün Turin təmsilçisini tərk etməyin əleyhinə olmayan Hollandiya millisinin üzvü "Mançester Yunayted"dən təklif alıb. "Qırmızı şeytanlar" qarşı tərəfə De Liqtin müqabilində yarımmüdafiəçi Pol Poqbanı təklif edib. Poqbanın "Yuventus"un transfer gündəmində olması bu dəyişiklik ehtimalını gücləndirir.

Qeyd edək ki, "Yuventus" Poqbanın keçidi üçün bir müddət əvvəl ingilislərə yarımmüdafiəçi Miralem Pyaniç və hücumçu Paulo Dibalanı təklif edib.