12:21 05-04-2020
news_image
440
FUTBOL

Millimiz yerində sayacaq – FİFA reytinqində

Milli komandaların FİFA reytinqi aprelin 9-da açıqlanacaq.

Apasport.az saytının məlumatına görə, siyahıda yalnız cüzi dəyişikliklər olacaq.

Buna səbəb hesabat dövründə keçirilməli olan matçların koronavirus pandemiyası üzündən təxirə salınmasıdır. Yığmaların martdakı görüşlərinin baş tutmamasına görə cədvəldə cəmi 5 dəyişiklik baş verəcək.

Belarus 2, Fil Dişi Sahili və Cənubi Sudan bir pillə irəliləyəcək. Bolqarıstanla Haitini isə bir addımlıq geriləmə gözləyir.

Dəyişikliklərin olmayacağı reytinqdə Azərbaycan yığması da 114-cü sırada qalacaq. Hələ də baş məşqçisi olmayan millinin aktivindəki xal da dəyişməyəcək – 1177.

Qeyd edək ki, siyahının ilk “üçlüy”ündə Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yerini qoruyacaq.