13:29 05-04-2020
news_image
114
FUTBOL

13 ildən sonra – İmmobile zirvəni qorusa

Koronavirus üzündən dayandırılan mövsüm başa çatdırılmasa, Avropanın milli çempionatlarının ən məhsuldar futbolçusuna verilən “Qızıl buts” mükafatı Çiro İmmobileye nəsib olacaq.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Latsio” klubunun hücumçusu A seriyasındakı 27 qolla hazırda bombardirlər yarışının zirvəsindədir.

Onun aktivində 54 xal var. İmmobile ən yaxın izləyicisi olan polşalı Robert Levandovskini 4 xal qabaqlayır. “Bavariya”nın qol silahı Almaniya Bundesliqasında 25 dəfə fərqlənib. Bu cütlük digər futbolçulardan uzaqlaşmağa nail olub.

Qeyd edək ki, mövsüm davam etdirilməsə və ya yarışların bərpasından sonra da İmmobile liderliyi qorusa, 13 illik həsrətə son qoyacaq. Belə ki, 2006/07 mövsümündən sonra A seriyası təmsilçiləri “Qızıl buts”a yiyələnə bilməyib. Buna sonuncu dəfə “Roma”nın əfsanəsi Françesko Totti imza atıb.

1. Çiro İmmobile (“Latsio”) – 54 (27x2)
2. Robert Levandovski (“Bavariya”) – 50 (25x2)
3-5. Timo Verner (“Leypsiq”) – 42 (21x2)
Kriştianu Ronaldo (“Yuventus”) – 42 (21x2)
Erlinq Holand (“Zalsburq”/“Borussiya”D) – 42 (16x1,5+9x2)
6-8. Lionel Messi (“Barselona”) – 36 (18x2)
Killian Mbappe (PSJ) – 36 (18X2)
Vissam Ben Yedder (“Monako”) – 36 (18x2)
9-11. Romelu Lukaku (“İnter”) – 34 (17x2)
Ceymi Vardi (“Lester”) – 34 (17x2)
Pyer-Emerik Obameyanq (“Arsenal”) – 34 (17x2)