15:02 05-04-2020
news_image
123
FUTBOL

"Arsenal" yolunda - PSJ-nin müdafiəçisi

PSJ-nin müdafiəçisi Leven Kurzava İngiltərəyə köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü "Arsenal"la anlaşmaq üzrədir.

London təmsilçisi 27 yaşlı müdafiəçi ilə danışıqları intensivləşdirib. Parislilərlə müqavilə müddəti mövsümün sonuna qədər olan Kurzavaya bir neçə klub maraq göstərsə də, ilk ciddi təklif "Arsenal"dan gəlib. Oyunçunun "Arsenal"la anlaşması gözlənilir.

Qeyd edək ki, Leven Kurzava cari mövsüm 27 matçda iştirak edib.