16:04 05-04-2020
news_image
145
FUTBOL

Transferlərə 75 milyon ayırdı - "Milan"

"Leypsiq"in keçmiş baş məşqçisi Ralf Ranqnik "Milan"ı çalışdıra bilər.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" onunla danışıqları intensivləşdirib.

A seriyası təmsilçisi hətta mövsümün sonunda transferlər üçün almaniyalı mütəxəssisə büdcə ayırmağı da vəd edib. Rəhbərlik transferlərə 75 milyon avro ayıracaq və Ranqnikin istədiyi oyunçular bu məbləğə uyğun alınacaq. Bundan başqa oyunçu satışından qazanılacaq pul da transferlərə xərclənəcək.

Hazırda Ralf Ranqniklə transfer siyahısı məsələsi də müzakirə olunur. Tərəflər ortaq məxrəcə gəlsələr, mövsümün sonunda 62 yaşlı çalışdırıcı komandanın sükanı arxasına keçəcək.