16:11 05-04-2020
news_image
156
FUTBOL

Kapitan klubun sahibi oldu - Polşada

"Visla"nın futbolçusu Yakub Blaşikovski klubun səhmlərinə sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı kapitan artıq eyni zamanda Krakov təmsilçisinin sahibidir.

"Visla"nın borclarını ödəyən Polşa millisinin üzvü bununla klubun dağılmasının qarşısını alıb. Nəticədə Dortmund "Borussiya"sının sabiq yarımmüdafiəçisi "Visla"nın rəhbəri postuna yiyələnib.

Qeyd edək ki, karyerasının böyük hissəsini Almaniyada keçirən Yakub Blaşikovski ötən ildən Polşaya qayıdaraq, "Visla"nın formasını geyinir.