18:51 05-04-2020
news_image
772
FUTBOL

Ulduz futbolçuya karantin qaydalarını pozduran xanım

"Mançester Siti"nin futbolçusu Kayl Uolkerin hərəkəti ölkəsində birmənalı qarşılanmayıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi koronavirus pandemiyası ilə bağlı karantin qadağasına əməl etməyib.

Bir neçə gün əvvəl "evdə qal" çağırışına qoşularaq insanlara məsləhət verən İngiltərə millisinin üzvü özü bu qaydanı pozub. 30 yaşlı futbolçu evinə iki qadın çağıraraq, onlarla əylənib. Futbolçunun qonaqlarından olan Luiza Maknamara görüşün 3 saat çəkdiyini söyləyib. Xanım həftəiçi gecə vaxtı Uolkerin evinə getdiklərini deyib: "Məndən başqa, braziliyalı bir qız və Kay adında bir futbolçu da var idi. Onların şəkillərini çəkmişəm. Uolker adını gizli saxlamağa çalışdı. Ondan 2200 funt-sterlinq pul aldıq. Sonra xəbər tuturam ki, "evdə qal" çağırışı edib. Uolker ikiüzlüdür, insanları riskə atır".

"Mançester Siti"nin futbolçusu hərəkətinə görə artıq üzr istəyib. O, sözləri ilə əməllərinin üst-üstə düşmədiyini təsdiqləyib: "Peşəkar futbolçu kimi nümunəvi hərəkət etmək məcburiyyətində olduğunu bilirəm. Bu üzdən ailəmi, dostlarımı, klubumu, azarkeşlərimi və xalqımı məyus etdiyim üçün üzr istəyirəm".

Onun bu hərəkəti cavabsız qalmayacaq. Çünki klubu futbolçunun cəzalandırılacağını açıqlayıb. Hətta müdafiəçinin millidən uzaqlaşdırılması da istisna edilmir.

Qeyd edək ki, Kayl Uolkerin keçmiş sevgilisi Laurin Qudmanın hamilə olduğunu eşidən Annie Kilner ondan yenicə ayrılıb.