22:41 05-04-2020
news_image
97
DİGƏR NÖVLƏR

Kanada Qran-Prisi də ləğv oluna bilər

“Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsinin baş tutması təhlükə altına düşüb.

Apasport.az saytının məlumatına görə, Kanada Qran-Prisi də koronavirus pandemiyası üzündən ləğv edilə bilər.

Monrealda baş tutması planlaşdırılan yarış iyunun 14-də keçirilməlidir. Təqvimin 9-cu mərhələsi olan bu Qran-Pri cari mövsümdə baş tutacaq ilk yarış ola bilərdi.

Lakin Monrealda şəhər rəhbərliyi bir neçə böyük tədbirləri ləğv edib. Koronavirus pandemiyasının yayılması idman yarışlarının da keçirilməməsi ilə nəticələnəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, əvvəlki 8 mərhələdən ikisi ləğv olunub, altısı, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.