23:34 05-04-2020
news_image
75
FUTBOL

"Fiorentina" futbolçuları koronavirusa qalib gəldi

Koronavirus pandemiyasının ən çox insan ölümünə səbəb olduğu İtaliyada 3 futbolçu sağalıb.

Apasport.az saytının məlumatına görə, "Fiorentina"nın oyunçuları bu xəstəliyə qalib gəliblər.

A seriyası təmsilçisi Patrik Kutrone, Herman Petsella və Duşan Vlahoviçin səhhətində heç bir problemin qalmadığı açıqlayıb. Adıçəkilən oyunçuların son testindən mənfi nəticə çıxıb.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 15 mini keçib.