00:09 06-04-2020
news_image
117
FUTBOL

Dünya çempionatının bombardiri üçün 120 milyon ödəməyə hazırdır - “Yuventus”

İngiltərə milli komandasının və “Tottenhem”in futbolçusu Harri Keynin İtaliya “Yuventus”una mümkün keçidinin qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi heyətinə qatmaq istədiyi hücumçu üçün 120 milyon avro ödəməyə hazırdır.

Son İtaliya çempionu ingiltərəli oyunçunu bu yay transfer etməyi planlaşdırır. Cari mövsümün 25 matçında 17 qol vuran forvard “ağ-qaralar”ın hücum xəttini daha da gücləndirməlidir.

Qeyd edək ki, Keyn 2011-ci ildən London klubunda çıxış edir. O, iki dəfə Premyer Liqanın, 2018-ci ildə dünya çempionatının bombardiri olub.