00:32 06-04-2020
news_image
1103
FUTBOL

“Onun hələ də “Qızıl top” almaması ədalətsizlikdir” - Ziko

“Neymar çox xoşuma gəlir. O, möhtəşəm oyunçudur”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya milli komandasının sabiq futbolçusu Ziko deyib.

“Ağ Pele” ləqəbi ilə tanınan əfsanə həmyerlisi Neymar barədə fikirlərini açıqlayıb. Ziko bildirib ki, 28 yaşlı hücumçu özünü daha yaxşı aparmalıdır: “Amma o, Messi və Ronaldo kimi daha peşəkar olmalıdır. Onlar futbol naminə yaşayır. Neymarın isə diqqət yayındıram çox amilləri var. Bu yaxınlarda onunla söhbətim oldu. Ondan xahiş etdim ki, daha peşəkar olsun. Neymarın hələ də “Qızıl top” almaması ədalətsizlikdir. O, Braziliya yığmasında daha yaxşı oynayır, nəinki Messi Argentina millisində”.

Qeyd edək ki, bir müddət əvvəl Neymar iki itinin əhatəsində məşqinin videosunu paylaşıb.