09:20 06-04-2020
news_image
127
FUTBOL

"O, dünyanın ən yaxşısı olub" - Zidan

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Reyncers"dəki həmkarı Stiven Cerrardı tərifləyib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis "Liverpul"un əfsanəsini öz dövrlərinin ən yaxşı yarımmüdafiəçisi adlandırıb.

Zidanın fikrincə, Cerrard orta sahə oyunçusu kimi, universallığı ilə seçilib: "Cerrardın dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğu bir vaxt var idi. Tamamilə hər şeyi bacaran yarımmüdafiəçilər çox azdır. Cerrard onlardan yalnız biri idi".

Qeyd edək ki, Stiven Cerrard 1998-2015-ci illər ərzində "Liverpul"un heyətində 710 oyunda iştirak edib, 186 qola imza atıb.