10:43 06-04-2020
news_image
109
FUTBOL

“Borussiya”nın iki futbolçusu ilə maraqlanır - “Liverpul”

İngiltərənin “Liverpul” klubunun yay “transfer pəncərəsi”ndə heyətinə qatmaq istədiyi futbolçulardan ikisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasında çıxış edən Mönhenqladbax “Borussiya”sının oyunçuları isveçrəli Denis Zakariya və fransalı Markus Türam mersisaydlıların maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp yayda heyəti gücləndirmək niyyətindədir. O, Zakariya və Türamın planlarına uyğun gəldiyini klub rəhbərliyinə də bildirib.

Qeyd edək ki, Zakariya cari mövsüm 31 oyunda 2 , Türam 33 matçda 10 qol vurub.