12:11 06-04-2020
news_image
219
TOP OYUNLARI

Dünya reytinqində xala həsrət Azərbaycan yığmaları

Beynəlxalq Voleybol Federasiyası (FİVB) gənc və yeniyetmələrdən ibarət milli komandaların dünya reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmaları da siyahıda yer alıb.

21 yaşadək oğlanlardan ibarət komandamız 78-ci yerə şərikdir. Millimiz hesabında xal olmayan yığmalar arasında qərarlaşıb. Milli ötən reytinqlə müqayisədə İsveçrəni önə buraxaraq bir addım geriləyib. Cədvələ 130 xala malik İran başçılıq edir.

U-21-dən fərqli, U-19-un mövqeyi dəyişməz qalıb. Aktivində xal olmayan komandamız 72-ci sıranı bölüşən yığmalar arasındadır. İlk sırada isə İtaliya qərarlaşıb – 122 xal.

20 yaşadək qızlardan ibarət Azərbaycan millisi də xalsız qalıb. Yığmamız ötən reytinqdə olduğu kimi yenə 76-cı sırada qərarlaşıb. İlk pillədə 130 xala malik Yaponiya yer alıb.

Qızlardan ibarət U-18 isə 67-ci pilləyə yuvarlanıb. Bir addım geriləyən yığmamız xalsız komandalar sırasındadır. 1-ci yerdə isə ABŞ qərarlaşıb – 130 xal.