13:16 06-04-2020
news_image
150
FUTBOL

“Milan”a qayıtmaq barədə düşünür - Tyaqo Silva

Fransanın PSJ klubunun futbolçusu Tyaqo Silva yenidən İtaliya çempionatında çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi “Milan” klubuna qayıtmaq variantını nəzərdən keçirir.

36 yaşlı cənubi amerikalı cari mövsüm başa çatdıqdan sonra A seriyası təmsilçisinə keçməyin əleyhinə deyil. Onun keçidinə yalnız maliyyə şərtləri mane ola bilər. Futbolçunun tələbləri Milanın eyniadlı təmsilçisini qane etməsi sual altındadır.

Qeyd edək ki, Tyaqo 2012-ci ilədək şərəfini qoruduğu “Milan”dan PSJ-yə 42 milyon avroya keçib.