14:17 06-04-2020
news_image
162
FUTBOL

Evə buraxıldı - Rüştü Rəcbər

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəcbər evə buraxılıb.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis xəstəxanadan çıxıb.

Koronavirus pandemiyasına yoluxduğu üçün bir müddətdir xəstəxanada müalicə olunan Rəcbərin səhhəti yaxşılaşıb. Həkimlər müalicənin evində davam etdirilməsini qərara alıblar.

Qeyd edək ki, koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim və vitse-prezidentlər də müalicələrini evdə davam etdirirlər.