14:59 06-04-2020
news_image
156
FUTBOL

Karantini pozdu - nişanlısına görə

Rusiya millisinin futbolçusu Fyodor Smolov karantin şərtlərini pozub.

Apasport.az saytının məlumatına görə, "Selta"nın oyunçusu İspaniyanı tərk edərək, vətəni Rusiyaya qayıdıb.

30 yaşlı hücumçu 18 yaşlı nişanlısı Mariya Yumaşevanı görmək üçün koronavirus pandemiyasından 13 mindən çox adamın öldüyü İspaniyada qadağaları heçə sayıb. Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin nəvəsi olan Yumaşeva üçün xüsusi təyyarə kirayələyən Smolov "Selta" rəhbərliyinin icazə verməməsinə baxmayaraq, Rusiyaya uçub.

Futbolçu İspaniyaya qayıdacağını bildirsə də, Viqo təmsilçisi onu ən yaxşı halda cərimələyəcək. Forvardın mövsümün sonunda transferə çıxarılması da istisna edilmir.

Qeyd edək ki, bu yaxınlarda "Selta"nın danimarkalı futbolçusu Sisto da karantin qadağasını pozaraq ölkəsinə gedib.