15:58 06-04-2020
news_image
444
FUTBOL

"Qarabağ"a Türkiyədən rəqib

"Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potukun gələcək karyerası müəmmalı olaraq qalır.

Apasport.az saytının məlumatına görə, mövsümün sonunda İstanbul təmsilçisi ilə yollarını ayıracaq Türkiyə millisinin sabiq üzvü ölkəsində qala bilər.

29 yaşlı hücumameyilli oyunçu "Qarabağ"dan sonra bu dəfə "Göztəpə"nin diqqət mərkəzinə düşüb. "Fənərbaxça" ilə müqavilə müddəti bitmək üzrə olan Alperin mövsümün sonunda azad agent statusu daşıması Azərbaycan çempionu kimi, "Göztəpə"ni də həvəsləndirir.

Ancaq Super Liqa təmsilçisi bu keçidin baş tutma ehtimalının az olduğunu düşünür. Bu üzdən B variantı kimi, "Deportivo"nun yarımmüdafiəçisi Əmrə Çolakla danışıqlar aparılır. "Deportivo"dan ayrılmaq istəyən Əmrənin İzmir klubuna transferi daha real görünür.

Qeyd edək ki, "Qarabağ" qış fasiləsində Alper Potuku icarəyə götürmək istəsə də, son anda razılıq əldə olunmayıb.