16:28 06-04-2020
news_image
125
FUTBOL

FİFA 2019/20 mövsümünü müddətsiz uzadacaq

FİFA yaxın müddətdə koronavirus pandemiyası ilə bağlı dayandırılan 2019/20 mövsümü ilə bağlı qərarını açıqlayacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurum mövsümün vaxtını müddətsiz artıracaq.

Bu, milli assosiasiyalara çempionatın başa çatma tarixini müstəqil şəkildə müəyyənləşdirmək imkanı verəcək. Həmçinin, yay “transfer pəncərəsi”nin müddəti dəyişdiriləcək.

Qərara əsasən, klublar müqaviləsi bu il iyunun 30-da başa çatacaq futbolçularla müqavilələri uzada biləcək ki, onlar mövsümü indiki komandalarında başa çatdırsın. Hazırda dünyanın əksər liqaları dayandırılıb. Avropada isə yalnız Belarusda oyunlar davam edir.

Qeyd edək ki, bir müddət əvvəl UEFA prezidenti Aleksander Çeferin Avropada çempionatların bitməsi üçün son tarix kimi avqustun 3-nü göstərib.