23:03 06-04-2020
news_image
449
TOKİO-2020

İlk Olimpiya Oyunlarının startından 124 il keçir

İlk Olimpiya Oyunlarının startından 124 il keçir.

Apasport.az saytının məlumatına görə, 1896-cı il aprelin 6-da Yunanıstanın paytaxtı Afinada ilk müasir Olimpiadanın açılış mərasimi olub.

Ellada torpağında təşkil olunan yarışda 14 ölkədən 241 idmançı iştirak edib. Yalnız kişi atletlərin iştirakçısı olduğu Olimpiya Oyunlarına 9 növdə 43 dəst medal sahibini tapıb.

Aprelin 6-15-də keçirilən yarışda ilk çempion titulunu ABŞ təmsilçisi Ceyms Konnoli qazanıb. O, atletikanın üçtəkanla tullanma növündə fərqlənib.

Qeyd edək ki, ilk Olimpiadanın medal sıralamasında ABŞ 1-ci olub – 11 qızıl, 7 gümüş və 9 bürünc. Meydan sahibləri isə hamıdan çox – 46 medal (10 qızıl, 17 gümüş, 19 bürünc) əldə ediblər.