00:00 07-04-2020
news_image
129
FUTBOL

“Betis” David Silvaya müqavilə təklif etdi – 2 illik

İngiltərənin “Mançester Siti”nin ispaniyalı futbolçusu David Silva karyerasını vətənində davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, neçə vaxtdır yarımmüdafiəçiyə maraq göstərən “Betis” klubu ona müqavilə təklif edib.

“Sevilya” təmsilçisi mövsümün sonunda azad agent statusu alacaq 34 yaşlı futbolçunu transfer haqqı ödəmədən heyətə qatmaq niyyətindədir. “Betis” Silvaya 2 illik müqavilə təklif edib. “Mançester Siti” isə yayda müqaviləsi başa çatan ispaniyalı ilə anlaşmaq fikrində deyil.

Qeyd edək ki, 2010-cu ildə “Valensiya”dan Mançester təmsilçisinə keçən Davidə Yaponiya və ABŞ-dan da təkliflər var.