00:31 07-04-2020
news_image
224
FUTBOL

Millinin baş məşqçisi vəzifəsindən ayrıldı – debüt etmədən

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli komandasının baş məşqçisi İvan Yovanoviç postunu tərk edib.

Apasport.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssislə birlikdə bütün məşqçilər korpusu vəzifəsindən ayrılıb.

2019-cu il dekabrın ikinci yarısında BƏƏ yığmasına baş məşqçi təyin olunan Yovanoviç yarım illik müqavilə imzalamışdı. Yunanıstanın “İraklis”, Kiprin APOEL və BƏƏ-nin “Əl-Nəsr” klublarında çalışmış balkanlı mütəxəssis yığmanı DÇ-2022-nin və Asiya kubokunun seçmə mərhələsinin oyunlarına hazırlamalı idi. Amma koronavirus pandemiyası üzündən oyunlar baş tutmadığından serbiyalı yığmanın “sükanı arxası”nda debüt edə bilməyib.

Qeyd edək ki, Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların qrupuna düşərkən “Neftçi”nin 2012/13 mövsümünün Avropa Liqasının pley-offunda mübarizədən kənarlaşdırdığı APOEL-i məhz Yovanoviç çalışdırırdı.