10:09 07-04-2020
news_image
1760
FUTBOL

34 yaşında Azərbaycandan imtina edib - ukraynalı futbolçu

"30 yaşımdan sonra futbolu başqa cür qəbul edirdim. Artıq ailəmi dolandırmaq barədə düşünməli idim. "Dinamo"dan sonra istənilən kluba keçid fərqli qəbul olunacaqdı".

Apasport.az saytının məlumatına görə, bunu Ukrayna millisinin sabiq futbolçusu Vasili Kardaş deyib.

Kiyev "Dinamo"sundakı çıxışı ilə tanınan 47 yaşlı keçmiş yarımmüdafiəçi karyerası barədə geniş müsahibə verib. Kardaş 2007-ci ildə son klubu "Zakarpatye"də olarkən Azərbaycandan təklif aldığını söyləyib. O, təklifdən imtina etməsinin səbəbini də izah edib: "Artıq 34 yaşım var idi, fiziki cəhətdən mənə çətin idi. "Zakarpatye"də olarkən Qazaxıstan və Azərbaycandan təklif aldım. Ancaq yaşamaq üçün mübarizə aparan komandalara yollanmağa hazır deyildim. Çünki o vaxta qədər həmişə yüksək yerlər uğrunda mübarizə aparan komandalarda oynamağa öyrəşmişdim. Bu üzdən həmin il "Zakarpatye"dən ayrılaraq karyeramı bitirdim".

Qeyd edək ki, Vasili Kardaş 1996-2001-ci illərdə Ukrayna millisinin heyətində 14 oyun keçirib.