11:06 07-04-2020
news_image

Rəqibi özəl adada müəyyənləşəcək - Həbibin

MMA üzrə UFC249-un keçiriləcəyi yer müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu UFC-nin prezidenti Dana Uayt açıqlayıb.

O bildirib ki, aprelin 18-dəki döyüş gecəsi özəl adalardan birində təşkil olunacaq. Qurum rəhbəri növbəti döyüşlərin də eyni məkanda keçirilməsinin mümkünlüyünü vurğulayıb: “Mən bu adanı iki aylıq bron eləmişəm. Orada hər həftə döyüş təşkil etməyi planlaşdırırıq. Adadakı təhlükəsizliklə bağlı işləri aparmaq üçün bir neçə günüm var. İndi biz orada zəruri olan infrastrukturumuzu qururuq”.

Söhbətin hansı və kimə məxsus adadan getdiyi açıqlanmasa da, bildirilir ki, idmançılar ora özəl təyyarələrlə aparılacaq. UFC249-un iştirakçıları koronavirus pandemiyasından test də verəcək.

Uayt gecənin əsas döyüşü barədə də məlumat verib. ABŞ idmançısı Toni Ferqyusonla qarşılaşmalı olan, koronavirus pandemiyası üzündən Rusiyadan çıxa bilməyən yüngül çəkidə dünya çempionu Həbib Nurməməhəmmədovu digər amerikalı Castin Qetji əvəzləyəcək. UFC prezidenti bu döyüşün statusuna toxunub: “Bu döyüşün qalibi Həbiblə döyüşəcək”.