
00:02
İtaliyanın “İnter” klubu yay “transfer pəncərəsi”ndə hücum xəttini gücləndirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanqı heyətinə qatmaq niyyətindədir.
İngiltərə “Arsenal”ında çıxış edən 30 yaşlı hücumçunun alınmasını “İnter”in baş məşqçisi Antonio Konte istəyir. London təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq afrikalının xidmətində İspaniya “Barselona”sı və İngiltərə “Mançester Yunayted”i də maraqlıdır.
Qeyd edək ki, Obameyanq cari mövsüm Premyer Liqanın 26 matçında 17 qol vurub.