13:33 07-04-2020
news_image
99
FUTBOL

“Mənim üçün bu klub təkcə iş yox, həm də ehtirasdır” - Müller

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin aqibəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Münhen klubu ilə yeni müqavilə bağlayıb.

30 yaşlı hücumameyilli oyunçu gələn ilin yayına qədər olan sözləşmə müddətini daha 2 il uzadıb. O, bununla bağlı təəssüratlarını da bölüşüb: "Bavariya"da qalmaq mənim üçün prioritet idi. Klubdan da eyni istəyi gördüm. Həyatımın yarıdan çoxunu "Bavariya"ya həsr etmişəm. Bu üzdən ayrılmağı heç vaxt düşünməmişəm. Mənim üçün bu klub təkcə iş yox, həm də ehtirasdır. Daha iki il Münhen klubunda qalacağım üçün şadam".

Qeyd edək ki, Tomas Müller 2007-ci ildən "Bavariya"nın formasını geyinir.