14:00 07-04-2020
news_image
189
DİGƏR NÖVLƏR

“Formula-1” Avstriyada iki mərhələ ilə start götürəcək - iddia

“Formula-1” üzrə dünya çempionatında 2020-ci il mövsümü Avstriyada başlaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu “Auto Motor und Sport” iddia edir.

Bildirilir ki, 8 mərhələsi baş tutmayan yarışda növbəti iki Qran-Prinin keçirilməsi də mümkün olmayacaq. Kanadaya yalnız bu ölkənin vətəndaşları və yaşamaq icazəsinə malik şəxslər daxil ola bildiyi üçün 9-cu mərhələ qeyri-müəyyən müddətə təxirə salınacaq. Fransada baş tutmalı olan 10-cu mərhələnin də keçirilməsi inandırıcı görünmür. Çünki bu ölkədə də bütün idman tədbirləri ləğv edilib. Fransa Qran-Prisinin taleyi böyük ölçüdə “Tur de Frans”dan asılıdır. Veloyürüş baş tutsa, “Formula-1”in təşkil olunmaq ehtimalı artacaq.

“Auto Motor und Sport”un iddiasına əsasən, Avstriya Qran-Prisi baş tutması real görünən ilk mərhələdir. Təşkilatçılar burada iki mərhələ keçirməyi planlaşdırır.

Qeyd edək ki, əvvəlki 8 mərhələdən ikisi ləğv olunub, altısı, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.