15:13 07-04-2020
news_image
395
FUTBOL

Ronaldinyoya koronavirus zərbəsi

Braziliyalı futbol əfsanəsi Ronaldinyo və qardaşı Robertonun məhkəməsi təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Bu səbəbdən də Paraqvaya saxta sənədlə daxil olduqları üçün saxlanılan braziliyalıların həbsdə keçirəcəyi müddət artacaq. Məhkəmə koronavirus təhlükəsi başa çatdıqdan sonra keçirilə bilər.

Qeyd edək ki, 2015-ci ildə qorunan göldə qanunsuz balıq tutduğu üçün 8,5 milyon dollar cərimə olunan Ronaldinyo bu məbləği ödəmədiyi üçün 2018-ci ildə pasportundan məhrum edilib. Ona görə də “sambaçı” qardaşı ilə birlikdə Paraqvaya saxta sənədlə yollanıb. Qaldığı oteldə tutulan Ronaldinyo həbsdə futbol oynaması, ailəsinə yaxşı olması barədə video göndərməsi ilə diqqət çəkib.