16:28 07-04-2020
news_image
113
FUTBOL

"Çelsi"də yeni müqavilə təklifi

"Çelsi"nin hücumçusu Olivye Jirunun karyerasını harada davam etdirəcəyi hələ bəlli deyil.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard hazırkı komandasında qala bilər.

Bir müddət əvvəl "İnter"ə keçidi gündəmdə olan Fransa millisinin üzvünün indi də "Çelsi"də qalmaq variantı yaranıb. Çünki "zadəganlar" ona yeni müqavilə təklif ediblər. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Hücumçunun ilk seçimi komandasında qalmaq olacaq.

Qeyd edək ki, Olivye Jirunun "Çelsi" ilə hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.