16:56 07-04-2020
news_image
295
FUTBOL

Bukmekerləri geri səsləyirlər - İtaliyada

İtaliya A seriyasında bukmekerlərin reklamı bərpa oluna bilər.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən müflisləşmək təhlükəsi ilə üzləşən klubları xilas etmək üçün bu addımın atılması tələbi irəli sürülüb.

A seriyası pandemiya ilə bağlı böhran üzündən artıq ən azı 100 milyon avro itirib. 2019-cu ilin iyulunda İtaliyada qüvvəyə minən qanuna əsasən, liqa, klub və idmançıların bukmeker kontorlarını reklam etməsi qadağan olunub.

Lakin koronavirusun yaratdığı çətin vəziyyətdən sonra öncə A seriyası qadağanın 1 illik dayandırılması xahişi ilə çıxış etmişdi. Ardınca isə İtaliya Olimpiya Komitəsinin sədri Covanni Malaqo idmanla bukmekerlərin münasibətlərinin bərpası təklifini irəli sürüb. 

O, maliyyə yardımı axtarmaqdansa, bu addımı atmağı zəruri hesab edir. Çünki bukmeker reklamlarının ən azı bir illik bərpası həm klubların, həm liqaların maddi durumunu xeyli sabitləşdirəcək.