22:28 07-04-2020
news_image
137
FUTBOL

70 milyon avroya transfer edilir - İkardi

PSJ hücumçu Mauro İkardini transfer etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi müqavilə ilə "İnter"ə məxsus olan forvardla uzunmüddətli anlaşma bağlamaq niyyətindədir.

Fransa çempionu hazırda icarə əsasında formasını geyinən İkardinin birdəfəlik transferi üçün tələb olunan məbləği ödəyəcək. İki klub arasındakı razılığa görə, Argentina millisinin üzvünün transfer məbləği 70 milyon avrodur. Bu da o deməkdir ki, 27 yaşlı oyunçunun xidmətində maraqlı olan "Napoli" və "Milan"ın istəyi baş tutmayacaq.

Qeyd edək ki, İkardi cari mövsüm Fransa çempionatında 20 matçda iştirak edib, 12 qol, 3 assistlə yadda qalıb.