00:00 08-04-2020
news_image
164
FUTBOL

Giqqzin simvolik "11-liy"i - Ronaldoya yer yoxdur

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rayan Giqqz keçmiş komanda yoldaşlarını qiymətləndirib.

Apasport.az saytının məlumatına görə, uelsli sabiq yarımmüdafiəçi "qırmızı şeytanlar"da birlikdə oynadığı ən yaxşı 3 oyunçunu və simvolik "11-liy"i müəyyənləşdirib.

Hazırda Uels millisini çalışdıran gənc mütəxəssisin fikrincə, çiyin-çiyinə çıxış etdiyi ən yaxşı 3 oyunçu Pol Skoulz, Qari Nevill və Roy Kindir. Rəmzi "11-lik"də isə 2003-2009-cu illərdə birlikdə oynadığı Kriştianu Ronaldoya yer verməyib.

Giqqzin simvolik "11-liy"i
Qapıçı:
Peter Şmeyxel
Müdafiəçilər: Qari Nevill, Rio Ferdinand, Mikael Silvestre, Denis İrvin
Yarımmüdafiəçilər: Devid Bekhem, Roy Kin, Nikki Batt, Pol Skoulz
Hücumçular: Ueyn Runi, Ole-Qunnar Sulşer

Qeyd edək ki, Rayan Giqqz 1990-2014-cü illərdə "Mançester Yunayted"in formasını geyinib.