00:43 08-04-2020
news_image
73
FUTBOL

"Nemyar əsl aktyordur" - Tomas Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın aparıcı futbolçularından olan Neymar barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yetirməsinin ünvanına tərif yağdırıb.

47 yaşlı çalışdırıcı Braziliya millisinin hücumçusuna təzyiq edilməsini doğru hesab etmir: "Neymar dünyanın ən yaxşı futbolçulardan biridir, amma əsl aktyordur, ixtiraçıdır. Yaradıcı futbolçulardan danışarkən onlara həddən artıq təzyiq edilməsinin düzgün olmadığının vacibliyini də vurğulamaq lazımdır".

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-nin formasını geyinirsə, Tuxel 2018-ci ildə komandanın sükanı arxasına keçib.