09:46 08-04-2020
news_image
143
FUTBOL

İngiltərə Premyer Liqası başa çatdırıldığını elan etməyə hazırlaşır

İngiltərə Premyer Liqasının rəhbərliyi mövsümü başa çatdırılmasını elan etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Udineze” klubunun idman direktoru Pyerpaolo Marino açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan çempionatların bəziləri davam etdirilmədən başa çatdığı elan olunacaq: “Belçika federasiyası UEFA tərəfindən mümkün sanksiyalara baxmayaraq, artıq mövsümün başa çatması barədə qərar qəbul edib. İngiltərə Premyer Liqası da belə bəyanatla çıxış etməyə hazırlaşır. Çünki orda vəziyyət çox ciddidir. Düzünü deyim ki, mən koronovirusdan sonra yenidən futboldan zövq ala biləcəyimizə ümid edirəm. Bunun nə qədər vaxt alacağı vacib deyil. Bizə bu təhlükəli zonadan çıxmaq lazımdır. Mən köhnə deyil, növbəti mövsümlər üçün narahatam”.

Qeyd edək ki, italiyalı klub rəsmisinin İngiltərə çempionatı barədə fikir yürütməsi təsadüfi deyil. Çünki “Udineze” və Premyer Liqa təmsilçisi “Uotford” Pottso ailəsinə məxsusdur.